Xəzər Xəbər

Son zamanlar yayılan infeksion xəstəliklər yuxarı tənəffüs yollarını zədələyir - XƏBƏRDARLIQ VİDEO

Veb TV | 15:04 • 9 Dekabr 2024
Son zamanlar yayılan infeksion xəstəliklər yuxarı tənəffüs yollarını zədələyir - XƏBƏRDARLIQ

Halsızlıq, qızdırma, boğaz və baş ağrısı, ürəkbulanma...

Xezerxeber.az xəbər verir ki, son vaxtlar əhali arasında yayılan xəstəliyin əlamətləri bunlardır.  

Havaların soyuması ilə bir sıra infeksion xəstəliklər baş qaldırıb. Xüsusilə insanlar arasında respirator infeksiyalar, qrip və soyuqdəymə hallarına daha çox rast gəlinir.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazovun sözlərinə görə, bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarını zədələyir.

Təyyar Eyvazov deyir ki, qripə qarşı peyvənd olunmalı  və müəyyən gigiyena tədbirləri ilə virusun yayılmasının qarşısını almağa çalışmaq lazımdır.

İnfeksionist tövsiyyə edir ki, bu ərəfələrdə bol vitaminli meyvə-tərəvəz və qidalar qəbul edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar