Xəzər Xəbər

Azərbaycanda yeni tikilən mənzillərin qiymətləri UCUZLAŞA BİLƏR VİDEO

Veb TV | 14:53 • 9 Dekabr 2024
Azərbaycanda yeni tikilən mənzillərin qiymətləri UCUZLAŞA BİLƏR

Vergi qanunvericiliyinə dəyişiklik edilir. Yenilənmiş qanun inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov deyir  ki, yeni dəyişikliklər tikinti sektoru üçün mühüm faydalar yaradacaq. Bu dəyişikliklər vergitutma sistemini daha şəffaf və düzgün şəkildə təşkil edəcək. qərara əsasən, müqavilə müddəti deyil, faktiki görülən işlərlə xərclər arasındakı fərq nəzərə alınacaq və buna uyğun olaraq mənfəət vergisi hesablanacaq.

Deputat əlavə edib ki, bu dəyişikliklər inşası tamamlanmamış mənzillərin qiymətinə də təsir göstərəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar