Xəzər Xəbər

Qubada 9 santimetr qar yağdı - Kənd yollarıda vəziyyət necədir? VİDEO

Veb TV | 21:05 • 8 Dekabr 2024
Qubada 9 santimetr qar yağdı - Kənd yollarıda vəziyyət necədir?

Ölkə ərazisində yağıntılı  hava şəraiti müşahidə olunur. Bölgələrdə ən çox qar Quba rayonu ərazisinə düşüb.

Xezerxeber.az xəbər verir ki, qar örtüyünün hündürlüyü Qubanın Qrız kəndində 9 santimetr olub.

Qrız kəndinə gedən yolda müəyyən çətinlik yaransa da, hərəkət dayanmayıb.

Kənddəki şəlalənin donması ilə bura üz tutan turistlərin sayının artacağı gözlənilir.

Quba 5 saylı Yol İstismar İdarəsinin Sahə rəisi Bilal Sultanov "Xəzər Xəbər"ə bildirib ki, artıq hava mülayimləşib. Xınalıq istiqamətindən Qrız istiqamətində yolda hərəkətdə problem yaranmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti