Bu ilin 11 ayı ərzində 46 motosiklet və moped qəzası baş verib. Nəticədə 16 nəfər dünyasını dəyişib, 34 nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə ilə yanaşı, onların iştirakı ilə qeydə alınan yol qəzaları da artıb.
Moped istifadəçiləri deyirlər ki, bəzi avtomobil sürücüləri yol hərəkəti qaydalarına əməl etmədiklərinə görə onlar üçün qəza şəraiti yaranır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi də motosiklet və moped sürücülərinə xəbərdarlıq edib.
Qeyd edək ki, təkcə son on beş gün ərzində Neftçala, Kürdəmir, Şəki və Zaqatala rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə 5 yol qəzası baş verib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.