Müstəmləkə şəraitində yaşayan xalqların səsi Bakıdan dünyaya çatdırılır və bu istiqamətdə mühüm işlər görülür...
Xezerxeber.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransın açılışı olub.
Qrupun icraçı direktoru Abbas Abbasov deyib ki, Sen-Martin adası 1648-ci ildə Niderland və Fransa hökumətləri arasında iki yerə bölünüb.
Qeyd edilib ki, istər Fransanın, istərsə də, Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq həmin xalqların ən müstəsna hüququdur. Tədbirdə müstəmləkəçiliyin Sen-Martində gənclərin inkişafına mane olduğu da diqqətə çatıdırılıb.
Konfransda, eyni zamanda, Fransa və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının probleminin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.