Daha 544 güzəştli mənzil satışa çıxarıldı...
Xezerxeber.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin satışını həyata keçirib.
Satış prosesi Media nümayəndələrinin müşahidəsi altında baş tutub.
Vətəndaşlar seçilmiş mənzili gözləmə qaydasında seçə bilərlər. Əgər ilkin seçim edən şəxs mənzili əldə etməzsə, bu mənzil növbəti vətəndaşa təklif ediləcək.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Mənzil İnşaatı Dövlət Agentliyinin Şöbə müdiri Cəmşid Əmirov Agentlik tərəfindən hazırda icrası davam etdirilən layihələr haqqında da məlumat verib.
Qeyd edək ki, güzəştli şərtlərlə satılmış 544 mənzil üzrə gözləmə qaydasında seçim dekabrın 10-dan 14-dək həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.