Son 5 ildə mənzil tikintisinə yatırılan vəsait artsa da, tikilən mənzil sahəsində ciddi azalma qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri bildirirlər ki, 2019-cu ilə nisbətən 2023-cü ildə Bakıda tikilən mənzil sahəsi 6 milyona yaxın enib. Buna əsas səbəblərdən biri tikinti üçün yararlı torpaqların azalmasıdır.
Ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda çoxmənzilli binaların tikintisi sökülən köhnə binaların yerində aparılır. Bir çox hallarda isə söküntü zamanı vətəndaşlar ilə tikinti şirkəti arasında yaranan mübahisə uzun məhkəmə prosesinə çevrilir. Buna görə də yeni bina inşa etmək istəyən şirkət belə hallardan çəkinir.
Əmlak eksperti onu da əlavə edib ki, növbəti illərdən Bakının baş planına uyğun olaraq, qəzalı binalar söküldükdən sonra çoxmənzilli binaların inşası arta bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.