Xəzər Xəbər

Tibb işçisi işdən qanunsuz çıxarıldığını iddia edir VİDEO

Veb TV | 20:24 • 5 Dekabr 2024
Tibb işçisi işdən qanunsuz çıxarıldığını iddia edir

Gədəbəy rayonunun Şahdağ kəndinin tibb məntəqəsinin keçmiş rəhbəri Sevil Vəliyeva Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Firdovsi Sarıyev tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, tibb işçisi bildirir ki, 44 ildir qüsursuz  olaraq məntəqədə rəhbər işləyib. Xidməti zamanı da heç bir nöqsanı olmayıb. Lakin təqaüd yaşı çatdıqdan sonra onun işinə xitam verilib. Sevil Vəliyeva isə bu qərarla razılaşmır.

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, müraciətlə əlaqədar aparılan araşdırma zamanı tibb bacısı Sevil Vəliyevanın çalışmanın yaş həddi 3 ay müddətinə uzadıldıqdan sonra həmin müddətin yekununda əmək müqaviləsinə qanuna uyğun şəkildə xitam verilib.

Sevil Vəliyeva isə öz növbəsində məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti üzrə müvfiq qrumlara müraciət edəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar