Bəzi satıcılar təsərrüfatçılardan aldıqları iri göyərti dəstələrini bir neçə hissəyə bölərək satırlar.
Xezerxeber.az xəbər verir ki, paytaxt bazarlarında əsasən Goranboy, Bərdə və Sabirabaddan gətirilən göyərtilər satılır. Satıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi qiymətlər xeyli bahadır.
Satıcıların sözlərinə görə, 2 ildir ki, bazara iri göyərti dəstələri gətirilmir.
İqtisadçılar isə deyirlər ki, məhsulun sərfəli və səmərəli olması üçün təsərrüfat sahiblərinə xüsusi güzəştlər olunmalıdır. Bu, həm iqtisadi həm də sosial baxımdan vacibdir. Çünki, kənd təsərrüfatı sahəsi, xüsusilə də kiçik ölçülü təsərrüfat sahələri çoxsaylı problemlərlə üzləşirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.