Bayram tətilini bölgələrdə keçirmək istəyənlər artıq indidən rieltorlara müraciət edərək günlük fərdi ev və ya kattec kirayələyirlər.
Maraqlıdır, bəs qiymətləri neçəyədir?
Xezerxeber.az-ın xəbərinə görə, İsmayıllıdan olan rieltorlar bildirirlər ki, bəzi şəxslər artıq indidən yer bron ediblər.
Elə Şəkidə yerləşən fərdi yaşayış evlərinin də günlük kirayə qiymətləri minimum 50 manatdan başlayır.
İstirahət günlərində ən çox üz tutulan rayonlardan biri də Zaqataladır. Rieltorlar deyirlər ki, yerli turistlər daha çox kotteclərə üstünlük verirlər.
Tovuzda isə vəziyyət bir qədər fərqlidir. Qiymətlər digər rayonlarla müqayisədə daha münasib olsa da, kirayə götürmək üçün mənzil və ya kottec tapmaq çətin məsələdir.
Bir sözlə, qiymətlər evlərin yerləşdiyi ərazidən və şəraitindən asılı olaraq dəyişir.
Rieltorlar bildirirlər ki, bayrama sayılı günlər qalmış kirayə qiymətlərində 15-20 faiz artım olacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.