Artıq bir müddətdir ki, Azərbaycanda istismar müddəti başa çatan avtomobillərin utilizasiyasına başlanılıb.
Xezerxeber.az xəbər verir ki, Təmiz Şəhər Açıq Səmdar cəmiyyətindən verilən məlumata görə, artıq bir neçə nəqliyyat vasitəsi hissələrə ayrılaraq məhv edilib, istismardan kənarlaşıdırlıb. Sahiblərinə isə müvafiq qaydada ödənişlər olunub.
Təmiz Şəhər Açıq Səhmdar cəmiyyətinin Nəqliyyat vasitələrinin Utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov deyir ki, noyabr ayından etibarən nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı prosseslər yekunlaşıdırlıb. Vətəndaşların asan şəkildə müraciətini təmin etmək üçün elektron portal istifadəyə verilib.
Şöbə müdirinin sözlərinə görə istənilən vətəndaş portal üzərindən daxil olaraq öz avtomobilini utilizaiysiya üçün təqdim edə bilər. Ancaq, öncə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyatından çıxarılması tələb olunur.
Qurumdan bildirilib ki, utilizasiya prossesinin əsas məqsədi yol hərəkətinin təşkilinin yaxşılaşdırılması və ətraf mühitin tullantılardan təmizlənməsidir. Bundan əlavə prossesə cəlb edilən avtomobillər üçün təqdim olunan güzəşt məbləğləri minimum 200, maksimum isə 3 min manat arasında dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.