Xəzər Xəbər

Ermənistan ciddi beynəlxalq hüquq pozuntusuna yol verir – AÇIQLAMA VİDEO

Veb TV | 22:00 • 2 Dekabr 2024
Ermənistan ciddi beynəlxalq hüquq pozuntusuna yol verir – AÇIQLAMA

Ermənistandan təkcə son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb: Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir.

Tədbirdə qeyd olunub ki, Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların orada vaxtilə yaşadıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət kimi sənədlərinin arxiv fondlarından və şəxsi arxivlərdən toplanmasına başlanılıb.

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri deputat Əziz Ələkbərli isə qeyd edib ki, Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdışın siyasi və hüquqi əsaslarını ehtiva edən konsepsiya hazırlanıb. Dinləmədə həmçinin məsələnin beynəlxalq arenada müzakirələrinin əhəmiyyətindən danışılıb

Deputat Şahin İsmayılov isə bildirib ki, proseslə bağlı təbliğatda gənclərin aktiv iştirakı daha məqsədəuyğundur.

Xarici İşlər Nazirliyinin İdarə rəisi Samir Becanovun sözlərinə görə, qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir. Ermənistan isə ciddi beynəlxalq hüquq pozuntusuna yol verməyə davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar