Xəzər Xəbər

Azərbaycanda yuxu labaratoriyası yaradılır VİDEO

Veb TV | 21:50 • 2 Dekabr 2024
Azərbaycanda yuxu labaratoriyası yaradılır

Dövlət xəstəxanasında yuxu labaratoriyası yaradılır.

Xezerxeber.az xəbər verir ki, belə laboratoriyalarda - xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində bütün fizioloji funksiyaları monitorinq edilir.

Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Ancaq ölkədə ilk və yeganə yuxu labaratoriyası 2010-cu ildən özəl xəstəxanalardan birində yaradılıb.

Həmin labaratoriyanın məsul həkimi, kardioloq Yusif Nağıyev deyir ki, son zamanlar müraciət edənlərin sayında artım var.

Kardioloq deyir ki, yuxu laboratoriyasındakı videomüşahidədən sonra pasiyentin beyin potensialı, qanda oksigen təminatı, tənəffüsü, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər aparılır.

Mütəxəsiss onu da bildirdi ki, TƏBIB-in resursları hesabına belə labaratoriyanın yaradılması təqdirəlayiqdir.

Əgər yuxu testi icbari tibbi sığortaya daxil edilsə, bu yolla ilkin səviyyədə xəstəlikləri aşkarlamaq mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar