Xəzər Xəbər

Ermənistan yeni müharibəyə hazırlaşır? - RƏY VİDEO

Veb TV | 22:00 • 1 Dekabr 2024
Ermənistan yeni müharibəyə hazırlaşır? - RƏY

Üzdə sülhdən danışır, dövlət rəsmiləri müqavilə ilə bağlı müəyyən addımlar atıldığını deyir, arxada isə yeni silahlar alır, hərbi gücünü artırır. Ermənistanın hazırki mövqeyi budur, bu dövlət revanşist əməllərindən əl çəkmir.

Müşahidələr onu göstərir ki, Ermənistan yeni müharibəyə hazırlaşır, həm də xarici kuratorlarının dəstəyi ilə...

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Anar Əliyev deyir ki, bu dövlətin gələnilki hərbi büdcəsi kifayət qədər artırılıb - 2 milyard dollara yaxınlaşır. Ermənistan hazırda silahlanmaya çox ciddi maliyyə ayırıb.

Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 "Akaş" raket kompleksinin alınmasına dair müqavilə imzaladı. Ardından  müasir fransız 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, tank əleyhinə raket sistemləri Ermənistana çatdırıldı. Bu dövlətə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd tank əleyhinə raket kompleksləri verildi. Və son olaraq bu siyahıda Yunanıstan adını gördük. Politoloq deyir ki, əslində Yunanıstan köhnə Rusiya istehsallı silahları satacaq bazar axtarır ki, bunlardan xilas olsun. Bu yolda hədəfi isə Ermənistandır. Yunanıstan köhnə silahları utilizasiya etmək əvəzinə, guya Ermənistana dəstək nümayiş etdirirmiş kimi, silahları ona satıb, müəyyən gəlir əldə etmək niyyətindədir.

Belə bir məlumat da var ki, fransız təlimatçıların rəhbərliyi ilə şərti sərhədin Ermənistan tərəfində bir-biri ilə tunel sistemi ilə birləşdirilən qalaları tikilir. Bu qalalarla erməni diversantlar tunellər şəbəkəsindən Azərbaycana qarşı təxribatlar törədə, bunu hücum hərəkətləri üçün tramplinə çevirə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar