Noyabrın 15-i verilməli olan istilik hələ də yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakı şəhəri, Atatürk prospekti, bina 35-dən gedir.
Vətəndaşların sözlərinə görə, 9 blokda 180 nəfərdən çox sakin yaşayır. Onlar verilməyən istilik təchizatına görə ödəniş də edirlər.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı “Azəristilik”dən “Xəzər Xəbər”ə bildirildi ki, magistral yoldan keçən istilik xəttində qəza baş verib. Qazıntı işlərinin aparılması üçün müvafiq dövlət qurumlarına müraciət olunub. Razılaşdırma olan kimi sözügedən ünvanların istliklə təmintı yenidən davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.