Şamaxının Zivər bəy Əhmədbəyov və Hüseyin Ciddi küçələri yaxşı vəziyyətdə deyil. Yağan yağışın suyu küçədə yaşayanları çətin vəziyyətə salır.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, küçə uzun illərdir bu vəziyyətdədir və bu problemin əsas səbəbi kanalizasiya sisteminin olmamasıdır.
Küçədə suya, palçığa batmadan hərəkət etmək çətindir.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirildi ki, işlər Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.