Sabunçu rayonunda tullantı suları küçəyə axır.
Sakinlər deyir ki, 15 gündür axan su evlərə, evlərin zirzəmilərinə dolur.
"Xəzər Xəbər"in “vatsapp” qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, qəsəbənin Habil Balakişiyev və Əşrəf Yunusov küçələrinin kəsişməsində kanalizasiya borusunun partlaması ilə bağlı aidiyyəti quruma məlumat versələr də, nəticəsi yoxdur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş su təchizatı xdimətindən "Xəzər Xəbər"ə bildirildi ki, hal-hazırda qəza xidməti qeyd olunan ünvandadır. İşlərə başlanılıb. Qısa müddətdə müvafiq tədbirlər görüləcək və problem ortadan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.