Yeni söküntü dalğası başlayıb.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanıda artıq söküntü işlərinə start verilib.
Ərazinin bir qismi sökülsə də, amma bəzi sakinlər onlara təklif edilən məbləğlə razılaşmırlar.
Sakinlərin bildiridiyinə görə, evlərinin qanunu sənədi var. Onlara təklif edilən məbləğə isə başqa yerdə mənzil sahibi ola bilmirlər.
Hətta, sakinlər iddia edirlər ki, onların evlərinin yerində yeni binanın inşası nəzərdə tutulsa da amma onlara bununla bağlı heç bir təklif edilmir.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirdi ki, hazırda Süleyman Vəzirov küçəsi ilə yanaşı, Xəqani Rüstəmov küçəsində də söküntü işləri aparılır. Söküntü dövlət sifarişi ilə "Ağ şəhər" layihəsi çərçivəsində icra olunur. Ərazinin qiymətləndirilməsi qiymətləndirmə komissiyası tərəfindən aparılıb və hər kvadrat metr üçün vətəndaşlara 1250 manat pul verilir. Vətəndaşların iddia etdiyi qanunsuz söküntü və ya xəbərdarlıq edilmədən aparılan söküntü işlərinə gəlincə, qurum rəsmisi bildirib ki, bu yalnış məlumatdır. Sökülən evlərə əvvəlcədən xəbərdarlıq edilib, razılıq əldə olunub, komissiya ilə müqavilə imzalanıb. Vəsait vətəndaşın hesabına köçürüləndən və ev boşaldılandan sonra söküntü işləri icra olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.