Milli Məclisin ötən gün keçirilən iclasının gündəliyi 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihəsinin müzakirəsi idi, amma əsas məsələ məclisdənkənar qaldı, deputatlar populizmlə məşğul olmağa başladılar.
Vaxtilə sosial şəbəkələrdə, xüsusilə tiktokda gülüş, lağ obyektinə çevrilən deputatlar bu dəfə özlərinə qəhrəman donu biçməyə başladılar. Özü də əksər məsələləri müfəssəl, dəqiq araşdırmadan. Halbuki millət vəkili hansısa məsələni gündəmə gətiməzdən öncə cavabdeh dövlət qurumlarına sorğu göndərməli, aldığı cavabla ittihamları qarşılaşdırmalı, geniş araşdırma aparmalı, daha sonra həmin məsələni təhrif etmədən geniş ictimaiyyətə çatdırmalıdır. Elə millət vəkilinin də toktoker və bloqqerlərdən fərqi budur. Pafosdan uzaq, faktlara əsaslanmaqla...
Dünənki müzakirələrdə isə millət vəkilləri sanki pafos yarışına çıxmışdılar. Hətta iş o yerə çatdı ki, spiker də deputatlara xəbərdarlıq etdi ki, görülən işləri də qabartsınlar. Axı görülən işlər, həll edilən məsələlər sadalanan problemlərdən daha çoxdur.
Lakin təəssüf ki, sosial şəbəkələr vaxtilə idman hərəkətləri ilə gündəmə gələn, molotof kokteyli ilə kotleti qarışdıranları məsxərəyə qoyduğu halda indi onları az qala qəhrəmana çevirdilər. Görünür elə deputatlara da bu lazım idi, ucuz şou ilə qazanılmış layklar...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.