44 günlük vətən müharibəsi və sonrakı bütün hərbi əməliyyatlarda Azərabaycana uduzan Ermənistan yenidən hücuma hazırlaşır.
Xezerxeber.az xəbər verir ki, artıq Ermənistanda revanşist əhval-ruhiyyə baş qaldırıb və yeni müharibəyə hazırlaşdığı aydın görünür.
Ermənistan ordusu yenidən silahlanır və hücum silahları alınır. Hindistanın Ermənistana özünün "Akaş" zenit-raket komplekslərinin ilk batareyasını göndərməsi barədə məlumatlar yayılıb. Ermənistan bu raket sistemini alan ilk xarici ölkə olub. "Akaş" sisteminin qırıcıları, qanadlı raketləri və "hava-yer" tipli raketləri, pilotsuz təyyarələri və digər hava aktivlərini 25 km-ə qədər məsafədə vura bilən yer-hava raketi olduğu vurğulanıb. Bundan başqa, Ermənistanın Hindistandan "Pralay" taktiki ballistik raketləri almağı planlaşdırdığı da bildirilir.
Həmçinin, Fransadan SEZAR özüyeriyən artilleriya qurğuları, tank əleyhinə raket sistemləri Ermənistana çatdırılıb. O cümlədən, onlarla qumbaraatanlar, Fransa istehsalı yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd tank əleyhinə raket kompleksləri verilib. Məlumatda da o da bildirilir ki, Yunanıstan Ermənistana S-300 hava hücumundan müdafiə sistemini və ölkənin hava hücumundan müdafiəsi üçün istifadə edilən Rusiya istehsalı olan daha iki silah sistemini təhvil verməyə hazırlaşır.
Ermənistanın hərbi əməliyyatlara hazır olduğunu açıq şəkildə göstərən daha bir fakt isə bu ay Ermənistan və Fransa Silahlı Qüvvələrinin bölmələri Yunanıstanda təlimlərdə iştirak etməsidir. Fransız təlimatçılarının rəhbərliyi ilə şərti sərhədin Ermənistan tərəfində bir-biri ilə tunel sistemi ilə birləşdirilən qalalar tikilir.
Bütün bunlar aydın şəkildə göstərir ki, Ermənistan Azərbaycanla yeni müharibəyə fəal hazırlaşır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.