Xəzər Xəbər

Binə atçılıq massivində mövcud olan dəmir körpü götürüldü – SƏBƏBİ NƏDİR? VİDEO

Veb TV | 21:55 • 27 Noyabr 2024
Binə atçılıq massivində mövcud olan dəmir körpü götürüldü – SƏBƏBİ NƏDİR?

Kanalın üzərində illərlə mövcud olan dəmir körpünü götürüb yerini dəyişiblər.

Xezerxeber.az xəbər verir ki, söhbət Xəzər rayonu Binə atçılıq massivindən gedir.

Gün ərzində təxminən minə yaxın binə sakini bu körpüdən keçir.

Sakinlərin iddiasına görə, dəmir körpünün 4 ton ayaxın ağırlığı var. Dəmir körpünü isə kanalın üzərində cəmi cümlətani 4 ədəd mişar daşı saxlayır.

Sakinlər deyir ki, avtobus dayanacağı, marketlər, dükanlar kanalın bu biri tərəfində yerləşdiyindən, mənzil sakinləri mütəmadi olaraq körpüdən istifadə edirlər.

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə məlumat verdik. Bildirildi ki, sözügedən ərazi ilə bağlı məsələ sabah araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti