Son günlər yağan yağışlar səbəbindən sürüşmə zonaları aktivləşib.
Xezerxeber.az xəbər verir ki, Şamaxıda 4 il əvvəl çəkilən Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yenidən təhlükəli vəziyyət yaranıb.
Yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir .
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib.
19 saylı Xüsusi Təyinatlı Yol İstismar Sahəsindən məsələyə münasibət bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.