Son dövrlər sosial şəbəkələr üzərindən onlayn qızıl satışı ilə məşğul olanların sayı artıb.
Xezerxeber.az xəbər verir ki, qiymətlərin ucuz olması bu sahəyə marağı daha da artırır.
İlk baxışdan sadə görünsə də, bu yolla qızıl alıb, sonradan problemlə üzləşənlər də az deyil. Qızıl satışı ilə məşğul olanlar deyirlər ki, qızılın onlayn formada alış-verişi çox risklidir. Bəzi hallarda problem yaranan zaman həmin satıcıları tapmaq müşkülə çevrilir.
Onlayn qızıl satışı ilə məşğul olan satıcılardan biri isə deyir ki, real satış səhifələrindən alış-veriş etmək olar, lakin nəğd ödəniş və qızılın yerində alınması şərti ilə...
Bəzi zərgərlər isə hesab edirlər ki, onlayn satış alıcıdan çox, satıcılar üçün risklidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.