Xəzər Xəbər

Bakı metrosunda qatarların hərəkət qrafikindəki dəyişiklik necə tənzimlənəcək? VİDEO

Veb TV | 22:00 • 26 Noyabr 2024
Bakı metrosunda qatarların hərəkət qrafikindəki dəyişiklik necə tənzimlənəcək?

"Təmir işləri ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir"

Xezerxeber.az xəbər verir ki, noyabrın 30-dan Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Belə ki, qatarlar Qırmızı xətt üzrə, yəni "İçərişəhər" stansiyasından və Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından "Əhmədli" stansiyasına qədər hərəkət edəcək.

İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Pik saatlarda, yəni səhər 07:00-10:00, axşam 17:30-19:30 aralığında "28 May-Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.

Eyni zamanda "Bakmil" istiqamətində qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət qrafiki noyabr ayının 29-da "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında yerləşdiriləcək. "Xətai-Cəfər Cabbarlı", həmçinin Bənövşəyi xət üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək".

Onu da qeyd edək ki, "Bakı Metropoliteni" noyabrın 28-də "Qarabağ" Futbol Klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq, yəni bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti