Xəzər Xəbər

Bakıda ötən illərdən bağlı qalan ağır cinayətin üstü necə açılıb? – DETALLAR VİDEO

Veb TV | 21:32
Bakıda ötən illərdən bağlı qalan ağır cinayətin üstü necə açılıb? – DETALLAR

31 il əvvəl iş adamını öldürməkdə şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.  Məlumata görə, Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində, 1993-cü il fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Əli-İskəndər Babayev idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub.

Dindirmə zamanı o bildirib ki, avtomobilin salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan "Naqan" tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürüb.

Aydın Qillov barəsində ''qəsdən adam öldürmə'' və ''qanunsuz olaraq silah, satma, saxlama, daşıma və gəzdirmə'' maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar