Balakəndə təxminən 6 ildir ki, kanat yolu işləmir.
Xezerxeber.az xəbər verir ki, kanat yolu müəyyən detallarda nasazlıq yarandığından 10 il sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Kanatın uzun illər nasaz qalması isə turistlərlə yanaşı yerli sakinləri də narahat edir.
Məsələ ilə bağlı şəhər icra nümayəndəliyinin münasibətini öyrəndik.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.