Heyvan dərisi, lələklər, müxtəlif əşyalar. Geyimləri ilə COP29-dakı hər kəsin marağına səbəb oldular... İqlimlə bağlı sammitə bu qiyafədə gəlmələri hər kəsdə maraq doğururdu...
Biz də "Xəzər Xəbər" olaraq bunun səbəbini öyrənməyə çalışdıq. Onlar bildirdilər ki, qədim Holi tayfasının nümayəndələridir. Amerika Birləşmiş Ştatlarından olan Ceykob Morins Cons vurğuladı ki, COP29 iqlim sammiti olmaqla bərabər, unudulmaqda olan mədəniyyətləri nümayiş etdirmək üçün də yaxşı məkandır.
Ekvadordan olan Ceceyra Merdua da bu cür tədbirlərdə qədim xalqlara yer verilməsinin vacibliyini vurğulayıb.
Perudan olan Van Keyn də deyir ki, heyvan dərisi və quş lələkləri görənlərdə maraq yaradır. Lakin, onlar bununla təbiətdə bütün canlılara yer olduğunu, hər kəsin rahat yaşayışı üçün imkan yaradılmasının zərururiliyini çatdırmaq istəyirlər.
Onlar mədəniyyətlərini nümayiş etdirmək üçün COP29-da müxtəlif tədbirlərdə iştirak ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.