Xəzər Xəbər

Yeni istifadəyə veriləcək "ekobus"lar digərlərindən nə ilə fərqlənir? VİDEO

Veb TV | 21:30
Yeni istifadəyə veriləcək "ekobus"lar digərlərindən nə ilə fərqlənir?

Elektrik mühərrikli avtobuslar sabahdan xəttə buraxılır...

Xezerxeber.az xəbər verir ki, gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edəcək. Çin istehsalı olan elektrik mühərrikli "BYD" markalı bu avtobuslar 160 ədəddir.

"Avro-6" standartlarına uyğun olan bu nəqliyyat vasitələrinin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generatorla isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Nəqliyyat vasitəsi, həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.

"BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva "Xəzər Xəbər"ə bildirib ki, elektrikli avtobuslar təmsil etdiyi şirkətə məxsus marşrut xətlərində fəaliyyət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar