Xəbər verdiyimiz kimi, Qazaxın azad olunan 4 kəndində yeni zastavalar tikiləcək.
Hazırda bu kəndlərdə müvəqqəti zastavalar qurulub. Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar qurulacaq.
Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib ki, sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar.
Qeyd edildi ki, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 kilometrlik ərazini müşahidə etmək mümkündür. Bu kameralar dövlət sərhədinin mühafizəsi işində effektiv vasitədir.