Xəzər Xəbər

Quterreş: Ölkələr COP29-un yekun sənədinin razılaşdırılması üçün zamanla yarışır VİDEO

Veb TV | 23:23 • 20 Noyabr 2024
Quterreş: Ölkələr COP29-un yekun sənədinin razılaşdırılması üçün zamanla yarışır

Ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş COP29 çərçivəsində  Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, nümayəndə heyətləri ümumi razılığa gəlmək üçün böyük səylər göstərirlər.

Antonio Quterreş onu da vurğulayıb ki,  ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta səviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul ediblər. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq. Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq.

BMT-nin baş katibi həmçinin, iqlim maliyyəsi məsələsində həqiqətə maksimum yaxınlaşdığına inandığını da bildirib . O bəyan edib ki, yekun razılığın əldə olunması üçün tərəflərin danışıqlara meyilli olması və mövqelərinə düzəlişlər etməsi vacibdir.

Antonio Quterreş onu da bildirib ki, Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi. Sammit zamanı G20 liderlərini öz nazirlərinə və danışıqlar aparan şəxslərə COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar