Xəzər Xəbər

Neftin qiyməti azalarsa... - “2025-ci ilin dövlət büdcəsi” müzakirələri VİDEO

Veb TV | 20:57 • 20 Noyabr 2024
Neftin qiyməti azalarsa... - “2025-ci ilin dövlət büdcəsi” müzakirələri

Neftin qiyməti azalarsa, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var.

Xezerxeber.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə də Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb.

Nazir həmçinin əlavə edib ki son illər illik 13 faizə qədər xərc artımı olub. Əsas güc qeyri-neft sektorunun üzərinə qoyulub. Samir Şərifov onu da bildirib ki, daha müasir isitmə sistemlərinə keçmək lazımdır. "Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar