Xəzər Xəbər

COP29 çərçivəsində afrika xalqlarının nümayəndələri ilə görüş olub VİDEO

Veb TV | 22:30 • 20 Noyabr 2024
COP29 çərçivəsində afrika xalqlarının nümayəndələri ilə görüş olub

Azərbaycanın COP29-da neokolonializm mövzusunu da diqqətdən kənarda qoymaması təqdirə layiqdir.

Xezerxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycana səfər edən müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika dövlətlərinin nümayəndələri ilə görüş zamanı İnkişaf və Ağacların Qorunması və Bərpası naminə təşkilatın meneceri Fotoumate Djire deyib. Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyinə həsr olunsa da, tədbirdə neokolonializm mövzusunu qaldırmaq hər dövlətin bacardığı iş deyil.

Cibutinin "Paix & Lait" təşkilatının sosial inkişaf üzrə mütəxəssisi Abdoulsamad Said Arreh öz ölkəsi barədə məlumat verərək, mövcud problemləri dilə gətirib. O, bildirib ki Cibutiyə bir neçə ölkənin maraqları mövcuddur və bu baxımdan neokolonializmin yaratdığı problemləri dünyaya çatdırmalıyıq.

Nigeriyanın İqlim Savadlılığı və Ədalət üçün "DA Nyus Media Advocacy" agentliyinin baş redaktoru Abdullahı Dare Akogun qeyd edib ki, Nigeriya təbii sərvətlərlə zəngin ölkədir və bu öz növbəsində çox böyük problemlər yaradır. O qeyd edib ki "nümunə kimi meşələrdə ağacların kəsilməsi və təbii sərvətlərin talanmasını göstərmək olar. Buna isə müxtəlif ölkələrin şirkətləri səbəb olur. COP29 həm iqlim, həm də neokolonializmdən əziyyət çəkən xalqlar və icmalar üçün çox əhəmiyyətli platforma rolu oynaya bilər." Nigeriyanın İqlim Dəyişikliyi və Tərəfdaşlar Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun sədri Uzodınma Akujekəe Adırıeje Ceo və digərləri də COP-un gözləntilərindən daha yüksək təşkil olunduğunu vurğulayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti