Zavoddan pambıq toxumu alıb əkib, amma yetişməyə az qalmış məhsul çürüyür.
Xezerxeber.az-ın xəbərinə görə, hadisə Zərdab rayon Qoruqbağı kənd sakini Rəşid Qarayevin başına gəlib. O, iddia edir ki, ona məxsus olan pambıq sahəsini aqrotexniki qaydada əkib-becərməyə çalışıb. Ancaq məhsul yetişməyə az qalımış düşən xəstəlik, demək olar ki bütün məhsulu məhv edib. Fermer xəstəliyin daha da yayılmasında onlara təhkim olunmuş aqronomu da ittiham edir.
Rayon sakini deyir ki, onun kimi digər fermerlər də problemlə üzləşiblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.