Xəzər Xəbər

Vətəndaşların bölgələrdə evlərinə çıxarış ala bilməmələrinə səbəb nədir? VİDEO

Veb TV | 21:15
Vətəndaşların bölgələrdə evlərinə çıxarış ala bilməmələrinə səbəb nədir?

Bölgələrdə, xüsusən də kəndlərdə vətəndaşlar mənzillərinə çıxarış ala bilmirlər…

Xezerxeber.az xəbər verir ki, sakinlər bu vəziyyətin onlar üçün müxtəlif problemlərə səbəb olduğunu deyirlər.

Bəzi sakinlər çıxarış üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, amma bir nəticəsinin olmadığını bildirirlər.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, bölgələrdə, xüsusilə də kənd yerlərində sakinlərin öz evlərinə çıxarış ala bilməmələrinin bir neçə səbəbi var. Belə ki, vətəndaşların bununla bağlı hüquqi bilgisinin az olması, müxtəlif yerli məmurlar tərəfindən yaradılan süni əngəllər əsas səbəblərdəndir.

Ekspertin sözlərinə görə, vətəndaşlar hətta sovet dövründən qalma əllərində olan sənədlərlə də daşınmaz əmlaka çıxarış almaq üçün müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar