Xankəndidə açılan tikiş fabriki də bunlardan biridir.
Xezerxeber.az xəbər verir ki, tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir.
Fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.
Hazırda fabrikdə çalışan işçilərin əksəriyyəti Qarabağa geri qayıtmış vətəndaşlardır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.