Bakıda, metronun "Xalqlar dostluğu" stansiyasının yanındakı binaların bir neçəsinin həyətindən keçən yolda 2 aya yaxındır ki, qazıntı işləri aparılıb.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 118-121 ünvanlarıdır. İki aya yaxındır ki, yaşayış binalarının həyətində qazıntı işləri aparılıb, asfalt qatı qazılıb. Yerin altından keçən boru təmir edilib.
Sakinlərin şikayəti isə iş görülən hissəyə yenidən asfalt qatının vurulmamasındandır.
Sakinlərin verdiyi məlumata görə, məsələ ilə bağlı aidiyəti qurumları da məlumatlandırıblar. Xüsusilə havalar yağışlı keçdiyindən ərazidə vəziyyət gündən-günə qəlizləşir.
Araşdırma zamanı məlum oldu ki, həmin ünvanda yeraltı su borularında bir müddət əvvəl qəza yaranıb. Təmir-bərpa işləri də bu məqsədlə görülüb.
Bəs həmin hissələrə yeni asfalt-beton örtüyünün nə vaxt vurulacaq?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.