Xəzər Xəbər

Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşü işini davam etdirib VİDEO

Veb TV | 20:29
Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşü işini davam etdirib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşü noyabrın 17-də işini davam etdirib.

Xezerxeber.az xəbər verir ki, tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiya keçirilib.

Sessiyada, həmçinin iqlim dəyişikliyinin gənclər arasında sosial həssaslığa təsiri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

Xəbər lenti

Çox oxunanlar