Xəzər Xəbər

Bakıda 114 yaşlı bina hər an uça bilər - Rəsmi qurumlar NƏ DEYİR? VİDEO

Veb TV | 22:22 • 16 Noyabr 2024
Bakıda 114 yaşlı bina hər an uça bilər - Rəsmi qurumlar NƏ DEYİR?

Bu üçmərtəbəli binanın 114 illik yaşı var.

Xezerxeber.az xəbər verir ki, uçma təhlükəsi ilə qarşı-qarşıya olan bu tikili paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşir.

20 ailənin yaşadığı bu binada bütün mənzillər təhlükəli vəziyyətdədir. Hətta mənzillərdən birinin divarı güclü yağışlar zamanı  uçub.

Beş nəfərdən ibarət ailə qohumlarının evinə sığınıb. Üç otaqdan biri dağılıb, digər ikisi də toz torpaq içindədir.

Mənzilin yerləşdiyi bina 1910-cu ildə tikilib..Sakinlər deyir ki, qurumlardan gəlib baxan var, çarə tapan yoxdur.

Məsələ ilə bağlı 52 saylı mənzil kommunal istismar sahəsinin rəhbəri İqrar Sadıqov xəzər xəbərə bildirdi ki, bina qəzalı vəziyyətdədir. Bir neçə il əvvəl sakinləri binadan çıxarmağa çalışsalar da onlar özləri evlərindən çıxmaq istəmədiklərinə görə məsələ həllini tapmayıb. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

İqrar Sadıqov onuda  bildirdi ki, uçan divarı mənzil sahibləri öz vəsaiti hesabına təmir etdirməldir.

 

Xəbər lenti