Xəzər Xəbər

Murtuza Muxtarovun xanımı üçün tikdirdiyi park YENİ GÖRKƏMDƏ VİDEO

Veb TV | 21:55 • 16 Noyabr 2024
Murtuza Muxtarovun xanımı üçün tikdirdiyi park YENİ GÖRKƏMDƏ

Bakıda bu parkın ərazisi kiçik olsa da, yaddaşlarda dərin izlər buraxıb.

Xezerxeber.az xəbər verir ki, söhbət şəhərin mərkəzində, Murtuza Muxtarovla Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən bu kiçik parkdan gedir.

1977-ci ildə üç sənətkarın - Xalq rəssamı Sirus Mirzəzadə, Əməkdar rəssamlar Rəşad Heydərov və Arif Ələsgərovun birgə hazırladıqları böyük mozaika o zaman 540 kvadratmetrlik parkın iç divarına həkk olunubmuş. Mozaikanın qarşısındakı fəvvarədə isə "qoşa nişan üzüyü" rəmzi yerləşdirilibmiş.

Bəli, bir vaxtların toy şəkillərini bəzəyən bu daş divarlar yeniləndi. Rəssamın da dediyi kimi, parka ikinci bir həyat verildi. Yeni layihəyə görə park yenidən dizayn olunub, istirahət etmək istəyənlər üçün skamyalar qoyulub, yaşıllaşdırma işləri aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar