Xəzər Xəbər

Nazir: "Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır" VİDEO

Veb TV | 21:31 • 15 Noyabr 2024
Nazir: "Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır"

"Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır".

Xezerxeber.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində keçirilən "İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət" adlı yüksək səviyyəli paneldən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Aropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması, konfransda iştirak etməməsi yanlış addımdır.

Ceyhun Bayramov Ermənistan tərəfi ilə növbəti görüş haqqında məsələyə də toxunub. O qeyd edib ki, hazırda Azərbaycan nümayəndə heyətinin diqqəti COP29-dadır və dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil.

Nazir, belə bir görüşün dekabr və ya yanvar ayında olmasının sonrakı məsələ olduğunu, hələlik bununla bağlı hər hansı konkret razılaşmanın nəzərdə tutulmadığını vurğulayıb.

Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov Ermənistanın baş naziri Nikol Paşinyanın iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı fikirlərinə də aydınlıq gətirib. Nazir bildirib ki, 2020-ci ildə imzalanan  Üçtərəfli bəyanatda buna dair xüsusi bənd mövcuddur, Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil.

Nazir eyni zamanda iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacağına ümid etdiyini, COP29-un son dəqiqələrinə qədər bu mövzuda müzakirələrin davam edəcəyini də bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar