Gələn ildən yaşa görə pensiyanın orta məbləğinin 50 manat artacağı gözlənilir. Əlilliyə görə pensiyanın orta aylıq məbləği bu ilin sonuna gözlənilən 367 manatdan 43 manat artılaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, artıq növbəti ildən etibarən həm minimum əmək haqqı, minimum pensiya, həm də bütün növ əmək pensiyalarında artımlar olacaq.
Vüqar Bayramov qeyd edib ki, yaxın zamanlarda artımların faizlərini də açıqlamaq mümkün olacaq.
Deputat qeyd edib ki, komitənin təklifi həm minimum əmək haqqı, həm də minimum pensiyada ikirəqəmli artımların həyata keçirilməsi ilə bağlıdır.
Deputat qeyd edib ki, gələn il sosial təminat və sosial müdafiə sahələrinə 5 milyard manat birbaşa vəsait xərclənəcək. Bu vəsait 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Bütövlükdə 2025-ci ilin dövlət büdcəsinin xərclərinin 45 faizə yaxınını sosial xərclər təşkil edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.