Xəzər Xəbər

COP29 tədbirində Norveç hökumətinə və beynəlxalq aləmə ÇAĞIRIŞ VİDEO

Veb TV | 20:15 • 12 Noyabr 2024
COP29 tədbirində Norveç hökumətinə və beynəlxalq aləmə ÇAĞIRIŞ

COP29 tədbiri çərçivəsində ekofəallar həm də bəzi ölkələrin hökumətlərinin ekosistemə ziyan vurmasına və ya buna şərait yaratmasına qarşı etiraz səslərini ucaldırlar.

Xezerxeber.az xəbər verir ki, İsveçrə, Kanada və Böyük Britaniya ekofəalları Bakıda COP29-un yaşıl zonasında etiraz aksiyası keçiriblər.

Aksiya beynəlxalq təşkilatların, ekofəalların, fotoqrafların və müxtəlif ölkələrdən olan ekspertlərin dəstəyi ilə "fıns" təşəbbüsünün təşkilatçılığı ilə keçirilib.

İştirakçılar Norveç hökumətinin yerli hasilat şirkətlərinə dərin dəniz hasilatı üçün lisenziyalar verərək öz dəniz ərazilərində təbii ehtiyatların işlənməsinə başlamaq planları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Bu qərar geniş əks-səda doğurub. Dünyanın hər yerindən olan alimlər mümkün nəticələri qiymətləndirmək üçün elmi tədqiqatlar aparılana qədər işlərin dayandırılmasına təkidlə çağırış edirlər.

Etirazçılar  beynəlxalq ictimaiyyəti Norveç hökumətinə müraciətlərini dəstəkləməyə çağırıblar. Ümid edirlər ki, Norveç xalqı da unikal dəniz ekosistemlərini qorumaq və balina ovunu dayandırmaq üçün öz liderlərinə təzyiq göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti