Bakının müxtəlif hissələrində tullantı emalı müəssisələri tikiləcək. Layihənin məqsədi paytaxtda zibilxanalara göndərilən məişət tullantılarının həcmini azaltmaqdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev deyib.
O hesab edir ki, tullantıların idarə edilməsində düzgün logistika təmin edilməlidir.
Qeyd edik kı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.