COP29-un açılış mərasimindən sonra konfrans öz işinə panel müzakirələrlə, sessiyalarla davam edib.
Xezerxeber.az-ın məlumatına görə, COP29-dan əsas gözlənti İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. Tədbirə qatılan xarici iştirakçılar keçirilən böyük tədbirdən qalıcı nəticələr əldə edəcəklərinə ümid edirlər.
Qonaqlar həmçinin Azərbaycanın ilqim dəyişmələrinə qarşı beynəlxalq səylərdə aktiv iştirak etdiyini vurğulayıblar.
Qeyd edək ki, konfrans 22 noyabr tarixinə qədər davam edəcək. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti isə sabahdan etibarən başlayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.