Xəzərin sahilindəki nəhəng balinanın görüntüsü hər kəsin marağına səbəb olub.
İnsanların bəziləri onun canlı olduğuna inanıb, lakin bəziləri buna şübhə ilə yanaşıb.
Amma hər kəsin marağına səbəb olan bu nəhəng görüntü canlı yox, dəmir parçasıdır.
Xatırladaq ki, geniş müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərindəki Qaronna çayının sahilində görüntülənib. Bu maket kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır.
Belçika incəsənət kollektivi tərəfindən hazırlanan sənət nümunəsi heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə düzəldiblər. Onun ölçüsü 14 metrdən artıq, yaşı isə 20-dən çoxdur.
Xəzərin sahilindəki bu maket isə suların canlı aləmi ilə bağlı bir nümayişdir. Bununla insanlara göstərilir ki, onlar suları çirklənləndirməklə birbaşa canlılaların həyatının məhvinə səbəb olurlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.