Gəncədə AFFA-nın hər il keçirdiyi uşaq futbolu liqasında iştirak edən komandaların çoxu yarışlara qatılmaqdan imtina ediblər.
Xezerxeber.az-ın xəbərinə görə, məşqçi müəllimlər deyir ki, əsas səbəb komandalar üçün müvafiq şəraitin təmin edilməməsidir.
Valideynlər də uşaqlarının bu cür şəraitdə yarışlara qatılmaması ilə bağlı məşqçi-müəllimlərin qərarını dəstəkləyirlər.
Onların sözlərinə görə bu münasibət ölkədə futbolun inkişafı üçün görülən işlərə kölgə salır, şəraitsizlik və təminatın olmaması isə həm uşaqların sağlamlığına ziyan vurur, həm də onların idmana marağını “öldürür”.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.