Bakıda parklanma nişanlarının üstü bağlanıb. Bu hal sürücülərin diqqətini çəkib. Lakin səbəbindən xəbərsizdirlər.
Xezerxeber.az-ın məlumatına görə, aidiyyəti qurumlar məsələyə şifahi aydınlıq gətiriblər. Məlum olub ki, bu, paytaxtda keçiriləcək COP29 tədbiri ilə əlaqədardır. Belə ki, tədbir müddətində nişanların üstünün bağlı olduğu ərazilərdə hərəkətin intensivliyinin təmin edilməsi üçün parkinq xidməti fəaliyyət göstərməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.