Yağış suyu küçələrə, həyətlərə, hətta evlərin zirzəmilərinə dolub...
Xezerxeber.az xəbər verir ki, söhbət Sabunçu rayonu, Mövsüm Sənani küçəsindən gedir. Sakinlər iddia edir ki, hər yağış yağan zaman küçə yağış suyundan keçilməz olur. Tək istəkləri isə kanalizasiya xəttinin çəkilməsidir.
Sakinlər deyir ki, problemlə bağlı aidiyyatı qurumlara da müraciət ediblər...
Məsələ ilə bağlı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan Xəzər Xəbər-ə bildirildi ki, Qeyd olunan ünvanda Xidmətin mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Mövcud olan kanalizasiya xətti əhali tərəfindən pərakəndə üsulla çəkilib.
Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.