Xəzər Xəbər

Mərkəzdə yerləşən bina sakinlərinin çıxarış almasına mane olan nədir? VİDEO

Veb TV | 21:00 • 9 Noyabr 2024
Mərkəzdə yerləşən bina sakinlərinin çıxarış almasına mane olan nədir?

İllərdir yaşadıqları mənzilə çıxarış ala bilmirlər... Bu səbəbdən həmin ərazidə qeydiyyata da düşmək mümkün deyil...

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Təbriz və Gülarə Qədirbəyova küçələrinin kəsmişməsində yerləşən, "Sveet house" MMC-yə məxsus yaşayış binasından gedir.

Sakinlər iddia edirlər ki, uzun illərdir mənzillərinə çıxarış alacaqları ümidi ilə aldadılırlar.

Sakinlər deyirlər ki, binanı inşa edən şirkətin rəhbərliyinə nə qədər müraciət etsələr də, məsələ həllini tapmır.

Sakinlərin iddialarına görə, MMC rəhbərliyinin icazəsi ilə binaya qanunsuz müdaxilələr də edilib. Araşdırma apardıq və məlum oldu ki, bina yanğın təhlükəsizliyinə cavab vermədiyi üçün Fövqəladə Hallar Nazirliyi onun istismarına icazə vermir. Bu səbəbdən də sakinlər mənzillərinə çıxarış ala bilmirlər. Binanın aid olduğu "Sveet house" MMC-nin direktoru İmdad Dursunov isə deyir ki, normativ tələblərin icrası üçün işlər görülür

Hüquqşünaslar isə bildirirlər ki, şirkət məsələni həll etməkdən yayındığı halda sakinlər məhkəməyə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar