Kolleci bitirsələr də, diplomlarını ala bilmirlər...
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Astara rayonu Züngüləş kənd sakini Teymur Rüstəmov iddia edir ki, o və daha 200 məzun hələ də diplomunu ala bilməyib.
O, 2019-cu ildə Lənkəran Tibb Kollecinin Tibb qardaşı fakültəsinə daxil olub. Kollecdə 1 ay təhsil aldıqdan sonra hərbi xidmətə getməsi ilə əlaqədar təhsilini dondurmalı olub. Hərbi xidmətdə olduğu müddətdə Vətən Müharibəsi başladığı üçün Teymur Rüstəmov döyüşlərə qatılıb və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.
Teymur Rüstəmov bildirir ki, təkcə o deyil, 200-ə yaxın məzun da eyni problemi yaşayır.
Məsələ ilə bağlı Lənkəran Tibb Kolleci ilə əlaqə saxladıq. Təhsil ocağının direktoru Mübariz Mustafayev "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, məzunların diplomlarının gecikməsinin səbəbkarı Kollec deyil, diplomlar Elm və Təhsil Nazirliyi tərəfindən gec təqdim olunduğu üçün bu vəziyyət yaranıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.